Menu

Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib

05.04.2016, 16:50
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, bir sıra aktual regional məsələlər, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyət müzakirə olunub.

Xatırladaq ki, E.Məmmədyarov İranın Ramsar şəhərində Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin IV üçtərəfli görüşündə iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol