Menu

Bu gün Krımın taleyini həll edən “referendum” keçirilir

16.03.2014, 10:22
Bu gün Krımın taleyini həll edən “referendum” keçirilir

Bu gün- martın 16-da Krımda referendum keçirilir. Özünü Krımın rəhbəri təyin etmiş Arsenovun 3 həftə öncə aldığı qərara görə əhali seçki məntəqələrinə gəlib yarımadanın Ukraynada qalmasının, yoxsa Rusiya ərazisinə keçməsinin tərəfdarı olduqlarını bildirməlidirlər.

Krımın yerli əhalisinin bir hissəsi, xüsusən Krım tatarları referenduma qatılmayacaqlarını bildiriblər. Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov ötən həftədən xalqa müraciət edərək Rusiyanın boyunduruğunu qəbul etməməyə çağırıb.

Mərkəzi hakimiyyət isə tabeçilikdən çıxan Krım parlamentini buraxıb. Ali Radanın martın 15-də keçirilən sessiyasında deputatlar qərarın lehinə səs veriblər.

Krımda isə etiraz mitinqləri ötən gün də davam edib. Musavat.con-un məlumatına görə, ailələri ilə Simferopolun küçələrinə çıxan Krım tatarları Rusiya əleyhinə şüarlar səsləndirib, Ukrayna sərhədlərinin dəyişdirilməsi etiraz ediblər.

Onu da bildirək ki, martın 14-dən Brüsseldə Avropa institutları ilə danışıqlar aparan Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Avropa Birliyi və NATO-nun rəhbər şəxsləri ilə görüşüb. Krım tatarlarının lideri Avropa strukturlarını Ukraynanın ərazi bütövlüyünün müdafiəsi üçün aktiv tədbirlərə çağırıb. M.Cəmiloğlu onu da bildirib ki, Krım tatarları heç bir halda öz torpaqlarının tərk etməyəcək.

Avropa Şurasının Venesiyas Komissiyası artıq Krım referendumu ilə bağlı mövqeyini açıqlayıb. Martın 15-də yayılan rəsmi açıqlamada bildirilir ki, demokratik normalara cavab verməyən seçkilərin nəticələri ədalətli sayıla və tanına bilməz.

Avropa Şurasının konstitusiya hüququ üzrə ekspertləri bu haqda açıqlama verərkən bildirib ki, Krım seçkiləri heç bir hüquqa əsaslanmadığı üçün legitim sayıla bilməz: “Ukrayna Konstitusiyasına görə muxtar respublikanın referendum keçirmək səlahiyyəti yoxdur. Belə bir hüquq yalnız mərkəzi hakimiyyətdədir. Üstəlik seçkilərin keçirilmə şəraiti seçki prosesin üçün münasib deyil. Rusiyanın silahlı qüvvələrinin nəzarətində olan ərazidə insanların öz iradələrini azad ifadə etmələri mümkün deyil”.

“Amerikanın Səsi”nin Vaşinqton bürosu Rusiya-Ukrayna münasibətləri haqqında geniş məqalə yazıb. Müəllif iddia edir ki, Ukraynaya görə gərginləşən Qərb-Rusiya münasibətləri hələ xeyli müddət normallaşmayacaq. Məqalədə Türkiyənin bu məsələdəki möqqeyinə də yer ayırıb:"Amerika Krımın dondurulmuş bir kriz olaraq qalmasının tərəfdarıdır. Əgər Ukrayna Krımı itirsə belə ABŞ Krımın ilhaqını önləmək yollarını axtarır. Türkiyə Rusiyaya enerji məsələsində çox bağlıdır. Bu səbəbdən Ukraynaya görə Türkiyəni Rusiyaya cəbhə açacağını düşünmək yersizdir. Krım tatarlarının dəstək istəməsinə baxmayaraq indi Türkiyə siyasəti üçün prioritet daxildəki gərgin durumu normallaşdırmaqdır. Bu səbəbdən yaxın zamanlarda Türkiyənin xarici siyasət məsələsinə nisbətən az zaman ayıracağı daha gözləniləndir.

Krımlılar bu gün keçiriləcək referendumu sosial şəbəkələrdə də geniş müzakirə edir. Krım Tatar Məclisi üzvlərinin də qatıldığı müzakirələrdə Ukraynanın Krımı müdafiə etməyə gücünün yetməyəcəyi bildirilir. Krımlılar düşünür ki, ən yaxşı halda yarımadanı Kuzey Kıprıs Türk Cümhuriyyətinin taleyi gözləyə bilər. Müzakirə iştirakçıları deyir ki, seçkidə özünü Krım hökumətinin rəhbəri elan edən Aksenov seçki qutularından Rusiyanın istəyinin lehinə 70 faiz səs “çıxaracaq”. “Refrendum”l Krımı ələ keçirən Kreml yarımadanı Ukraynadan tamamilə qoparacaq və savaş olmadan heç bir halda geri qaytarmayacaq. Ukrayna ilə Rusiyanın gücü bərabər olmadığından Kiyev Moskvaya savaş elan etməyəcək. NATO-ya gəlincə, o, Krım yarımadasına görə Rusiya ilə açıq savaşa lüzum görməyəcək. Beləliklə Krım faktiki Rusiyanın ərazisi olaraq yaşayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol