Xarici KİV-in məlumatına görə, Çin Dağlıq Qarabağda münaqişə tərəflərini təmkin nümayiş etdirməyə və mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyə çağırıb. Bu barədə çərşənbə axşamı Çin Xalq Respublikası xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hun Ley dövrü brifinqdə bəyan edib (TASS).
«Biz ümid edirik ki, müvafiq tərəflər təmkin və sakitliyi qoruyub saxlayacaq, bölgədə sülhə və sabitliyə nail olmaq naminə problemləri danışıqlar yolu ilə həll edəcəklər» - deyə, diplomat qeyd edib.
AzPolitika.info


Şərhlər