Bu gün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov zərbaycanda vergi ödəyicilərinin borcu açıqlayıb.
Onun sözlərinə görə, vergi ödəyicilərinin borcu 30% azalıb: ""Bu ilin yanvarın 1-ə vergi ödəyicilərinin 2,4 mlrd. manat borcu var idisə, bu ilin aprelin 1-ə bu göstərici 1,6 mlrd. manat təşkil edib.
Bu borcun azalması vergi ödənişlərinin edilməsi, bəzi hallarda vergi borcunun silinməsi hesabına baş verib".

Şərhlər