Menu

Lavrov İlham Əliyevlə görüşdü

06.04.2016, 22:47

lavrov-2.siRusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin nizamlanması ilə bağlı cəhdlərini dəstəkləyir. Axar.az “RİA-Novisti”yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Lavrovun sözlərinə görə, indi əsas məsələ etimad mühitinin yaradılmasıdır:“Bizim Mins Qrupu həmsədrləri olaraq Azərbaycan-Ermənistan aktiv danışıqları üçün təkliflərimiz var. Biz həmsədrlərin cəhdlərini tam olaraq dəstəkləyirik. ATƏT və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin yardımı ilə etimad tədbirlərinin görülməsi vacibdir”.

Qeyd edək ki, Sergey Lavrov bu gün Bakıya rəsmi səfərə gəlib və Prezident İlham Əliyevlə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol