Menu

Medvedev Artur Rəsizadə ilə Bakıya səfərinin hazırlığını müzakirə edib

07.04.2016, 07:33
Medvedev Artur Rəsizadə ilə Bakıya səfərinin hazırlığını müzakirə edib

Rusiyanın baş nazırı Dmitri Medvedev Azərbaycanın baş naziri Artur Rəsizadə ilə telefonla Bakıya səfərinin hazırlıqlarını müzakirə edib. Bu barədə Trend RIA Novosti-yə istinadən xəbər verir.

Rusiya Nazirlər Kabinetinin məlumatında deyilir ki, hökumət başçıları Dmitri Medvedevin aprelin 8-də baş tutacaq Azərbaycana rəsmi səfərinin hazırlıqlarını müzakirə ediblər: "Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlıq daxil olmaqla geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol