Menu

“Traxtur” - “Paxtakor” oyununda Qarabağla bağlı şüarlar - VİDEO

07.04.2016, 10:41
“Traxtur” - “Paxtakor” oyununda Qarabağla bağlı şüarlar - VİDEO

Aprelin 6-da Təbrizin “Traxtur” futbol komandası Özbəkistanın”Paxtakor” klubunu qəbul edib. Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizdə keçirilən qarşılaşmada azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq” şüarlını səsləndiriblər. Məlumata görə, qarşılaşmanı stadiondan 40 000 nəfərdən çox azarkeş izləyib.

Qeyd edək ki, oyun “Traxtur”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Təbriz klubunun qələbə qollarını 59-cu dəqiqədə Sezar və 83-cü dəqiqədə Səid Ağayi vurub. Bu qələbədən sonra “Traxtur” 9 xalla C qrupunun lideridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol