Menu

Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər

07.04.2016, 22:49
Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər. "Həftə ərzində 36 hərbçi ölüb, 122 nəfəri isə yaralanıb”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan bildirib.

“Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş, sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”, - deyə o bildirib. İşğalçı ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: “Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”.

Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol