Menu

ABŞ dövlət katibi İraqa elan edilməmiş səfər edib

08.04.2016, 13:18

Djon KerriABŞ dövlət katibi Con Kerri bu gün İraqa əvvəlcədən elan edilməmiş səfər edib. O, adıçəkilən ölkə rəhbərliyi ilə İŞİD-ə qarşı mübarizə məsələsini müzakirə edəcək.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

C.Kerri səfər çərçivəsində İraqın baş naziri Hayder əl-Abadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraqın şimalındakı regional hökumətin rəhbəri Neçirvan Bərzani ilə görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol