Menu

Putin Rusiya Təhlükəsizlik Şurasını topladı – Qarabağ müzakirəsi

08.04.2016, 16:33

putin01Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Erməni-Azərbaycan münaqişəsinin həlli mövzusu bu günlər Rusiya tərəfinin göstərdiyi səylər kontekstində müzakirə olunub”, - deyə o, söyləyib.

Məsələ Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığında da müzakirə olunub. V. Putin Rusiyanın addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol