Menu

Şəhidimiz sabah torpağa tapşıralacaq

09.04.2016, 00:13

Şəhid Əmiraslan Xəlil oğlu Xeyrbəyov (solda)

Şəhid Əmiraslan Xəlil oğlu Xeyrbəyov (solda)

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə Qusar rayonu da şəhid verib. Qusar icra başçısının müavini Elman Mustafayevin məlumatına görə, son döyüşlərdə rayonun Cağarqışlaq kəndindən olan, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyrbəyov qəhrəmancasına Vətən yolunda şəhid olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar şöbəsinin rəisi Nicat Həsənov əsgər Əmiraslan Xeyirbəyovun cənazəsinin sabah səhər səkkiz radələrinədək rayona gətiriləcəyini, onun doğulduğu Cağarqışlaq kəndində dəfn ediləcəyini dedi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol