Menu

Dünya mətbuatı ermənilərə ağır zərbə vuran "Harop"dan yazır – VİDEO

09.04.2016, 11:31

Kamekadze-pilotsuz uçan aparatdan ilk dəfə Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə istifadə oluna bilərdi.

Bu barədə Britaniyanın “Telegraph” agentliyi yazır.

Qəzet yazır ki, Azərbaycan qüvvələri düşmənlə döyüşdə İsrail istehsalı olan pilotsuz uçan aparatı tətbiq ediblər. Bu raket hədəf axtarışında 6 saat uça bilir.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatına görə, pilotsuz uçan aparat avtobusa çırpılıb və 7 nəfəri öldürüb.

Oxu.az-ın məlumatına görə, ilk olaraq zərbə haqqında “Washington Post” məlumat yayıb.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun analitiki Cozef Dempsi qeyd edib ki, bu “Harop” təyyarəsi ola bilərdi.

Yayılmış videoda pilotsuz aparat havadan hədəfə tərəf şığıyır. Daha sonra o, dağların arxasında yox olur.

Azərbaycan – İsrail və Hindistan ilə “Naqor” istifadə edən üç ölkədən biridir, qəzet qeyd edir.

AzPolitika - Azərbaycanın təyyarə-kamikadzesi Qarabağda | Facebook

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol