Menu

BQXK-dan dünənki əməliyyatla bağlı AÇIQLAMA

09.04.2016, 11:53

qizil xacBeynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dünən döyüş meydanında meyitlərin götürülməsi ilə bağlı həyata keçirilən əməliyyata dair açıqlama verib.

İ. Hüseynovanın lent.az-a verdiyi məlumata görə, BQXK-nın neytral vasitəçiliyi ilə dünən münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçirib.

Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub.

O ki, qaldı, döyüş meydanından neçə meyitin götürülməsinə, İ. Hüseynova bildirib ki, bu barədə BQXK məlumat verə bilməz: "Çünki biz yalnız neytral vasitəçiyik. Əməliyyatı keçirən tərəf biz deyilik".

Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol