Menu

“ABŞ rəsmiləri bəyanatlar veriblər” - İlham Əliyev

09.04.2016, 13:22

Ilham_Aliyev_160113“Bu ilin birinci rübündə bir çox xarici səfərlərdə olmuşam, ölkəmizə 10 xarici dövlət və hökumət başçısı səfər edib. Bütün bunlar Azərbaycanın fəal xarici siyasət yürütməsi ilə əlaqədardır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident bildirib ki, birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidenti Azərbaycana gəlib, özünün ABŞ-a səfəri çərçivəsində səmərəli danışıqlar aparılıb, ölkələrimiz arasındakı əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır: “ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar veriblər”.

Dövlət başçısı qeyd edib ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb: “Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol