Menu

Seysulan əməliyyatlarında şəhid olan əsgər torpağa tapşırıldı - VİDEO

09.04.2016, 18:35
Seysulan əməliyyatlarında şəhid olan əsgər torpağa tapşırıldı - VİDEO

Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan Mahir Quliyev III Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimi izdihamla müşahidə olunub.

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgər, 1993-cü il təvəllüdlü Mahir Quliyev ermənilərin zirehli texnikasını - tankını məhv etdikdən sonra yaralanıb. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib.

Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan Mahir Quliyev Azərbaycan Texniki Universitetinin məzunudur.

Bakının Yasamal rayonundan götürülən şəhid Müdafiə Nazirliyinin rəsmləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələrinin iştirakı ilə son mənzilə yola salındı.

Şəhid III Fəxri Xiyabanda yaylım atəşinin səsi altında torpağa tapşırıldı.  /Region TV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol