Menu

Daha bir miqrant faciəsi: 260 yaralı

11.04.2016, 00:34
Daha bir miqrant faciəsi: 260 yaralı

Yunanıstan-Makedoniya sərhəddində miqrantlarla polis arasında qarşıdurma baş verib. ANS PRESS-in məlumatına görə, çaxnaşmaya səbəb miqrantlarınİdomeni qəsəbəsində yerləşən sərhəd məftillərini yararaq sərhəddi keçməyə çalışması olub. Hadisə nəticəsində 260 dan çox miqrantın yaralandığı bildirilir.

Artıq bir müddətdir ki, 500 yaxın miqrant sərhəddi keçmək üçün Yunanıstan - Makedoniya sərhəddinin açılmağını gözləyirdi.

Makedoniya polisinin verdiyi yazılı açıqlamada bildirilir ki, miqrantların məftilləri yıxmağa çalışmasından sonra polislər onlara qarşı göz yaşardıcı qazdan istifadə edib. Miqrantların polislərə qarşı daş və dəyənəklərdən istifadə etdiyi bildirilir.

Bölgədə olan "Sərhəd tanımayan həkimlər qrupu"nun təmsilçisi olan Axilles Tzemos da polisin müdaxilə etməsindən sonra qadın və uşaqların qazın təsirindən vəziyyətlərinin pisləşdiyini bildirib.

Hazırda 12 min miqrantın sığındığı İdomenidə bir aydır sərhədlərin açılmağını gözləyən miqrantlar çox ağır şəraitdə yaşayırlar.

Yunanıstan-Makedoniya sərhəddində çaxnaşma

Yunanıstan-Makedoniya sərhəddində çaxnaşma

Avropaya miqrant axınının artmasının səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol