Menu

BDU Bakı Şəhəri İcra Hakimiyyətini məhkəməyə verib

11.04.2016, 10:40
BDU Bakı Şəhəri İcra Hakimiyyətini məhkəməyə verib

Bakı Dövlət Universiteti (BDU) Bakı Şəhəri İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

“Report”un məlumatına görə, BDU BŞİH-in sərəncamının ləğv edilməsi və s. barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan Bakı Dövlət Universiteti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Üçüncü şəxslər qismində “Evrostroy-S” TTŞ və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol