Xarici KİV-in yaydığı məlumata görə, «altılıq» ölkələri xarici işlər nazirlərinin Xirosima şəhərində (Yaponiya) keçirilmiş ikigünlük görüşündə ABŞ-ın dövlət katibi Con Kerri belə bir fikir səsləndirib ki, ABŞ və Rusiya nüvə silahından tam və qarşılıqlı imtina etməyə hazırdır (TASS).
«Bizim ölkələrimiz «nüvə silahsız dünya» konsepsiyasını anlayır və qarşılıqlı olaraq nüvə silahından necə imtina etmək istiqamətində dialoqu davam etdirir. Moskva və Vaşinqton Reyqan və Qorbaçov zamanından üzübəri hər ölkədə 50 min döyüş başlığı yolu keçib və təxminən, 1500-ə qədər ixtisar aparıb. Biz bu yolda irəli getməyə hazırıq» - deyə, Kerri qeyd edib.
Bundan əvvəl ABŞ və Rusiya silahlanmanın dayandırılması Komissiyasının BMT mənzil qərargahında keçirilmiş sessiyasında nüvə döyüş başlıqlarının bundan sonra da ixtisar edilməsi istiqamətində danışıqlara başlamağa hazır olduqlarını bəyan edərək, bu məsələ ətrafında predmetli diskusiyaların keçirilməsinə mane olan amillər barədə fikir mübadiləsi aparıb.
AzPolitika.info

Şərhlər