Menu

Tibb Universitetinə yeni rektor təyin olundu

11.04.2016, 16:57
Tibb Universitetinə yeni rektor təyin olundu

Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub.

Bu barədə Lent.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

G.Aslanova bildirib ki, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir. Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Qeyd edək ki, Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb.

Universitetdən yeni təyinatla bağlı geniş açıqlama veriləcəyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol