Menu

GUAM Hindistan və İranla əməkdaşlıq edə bilər

12.04.2016, 10:32
GUAM Hindistan və İranla əməkdaşlıq edə bilər

GUAM baş katibi Altay Əfəndiyev Ukrayna paytaxtı Kiyevdə Hindistanın bu ölkədəki səfiri M.K.Bharti ilə görüşüb.

"Report" GUAM-ın saytına istinadən xəbər verir ki, görüş zamanı GUAM regionunun Avropanı Asiya ilə birləşdirən alternativ nəqliyyat-tranzit dəhlizi kimi daha cəlbedici olmağa başlaması qeyd olunub. Eyni zamanda İranın da GUAM nəqliyyat infrastrukturuna qoşulmasıyla Hindistan üçün də yeni imkanların açılması vurğulanıb.

Bununla əlaqədar Hindistanın hazırda İranda Ərəb dənizi və Hind okeanına çıxışı olan dəniz limanının müasirləşdirilməsi və inkişafına sərmayə yatırmasına diqqət yetirilib.

Görüş zamanı tərəflər həm də GUAM regionundakı cari vəziyyətlə bağlı müzakirələr aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol