Menu

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat

12.04.2016, 11:48
Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.

"APA-Economics" xəbər verir ki, Fəxriyar Cabbarov Palatanın Hüquq və icraat departamentinin direktoru təyin olunub.

Qeyd edək ki, bundan öncə F. Cabbarov "Synergy Group" ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol