Menu

​Türkiyəyə son bir gündə Suriyadan 8 raket düşüb, 18 nəfər yaralanıb

12.04.2016, 13:02
​Türkiyəyə son bir gündə Suriyadan 8 raket düşüb, 18 nəfər yaralanıb

Bu gün səhər saatlarında Türkiyənin sərhəddə yerləşən Kilis şəhərinə Suriyadan daha üç raket mərmisi düşməsi nəticəsində üçü ağır olmaqla 6 nəfər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Kilis valisi bildirib.

Məlumata görə, Rusiya istehsalı olan "Katyuşa" raket-kompleksindən atılan raketlər Kilis şəhərinin Əkrəm Çətin məhəlləsinə düşərək partlayıb. Əraziyə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Qeyd edək ki, aprelin 11-də axşam saatlarında Kilisə 5 raket düşməsi nəticəsində üçü ağır olmaqla 12 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol