Menu

Azərbaycanda kredit kartlarının sayı kəskin azalıb

13.04.2016, 14:03
Azərbaycanda kredit kartlarının sayı kəskin azalıb

Azərbaycanda dövriyyədə olan kredit kartlarının ümumi sayı kəskin azalaraq cari il martın 1-nə 792 min ədəd təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu da ilin əvvəlindən 218 min ədəd və ya 22%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 527 min ədəd və ya 40% azalma deməkdir.

Hesabata əsasən, martın 1-i vəziyyətinə dövriyyədə ümumilikdə 5 387 min ədəd ödəniş kartı olub ki, bunun da 45%-i və ya 2 423 mini sosial kart, 27,6%-i və ya 1 486 min ədədi əmək haqqı kartlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol