Menu

Fransalı senator Ermənistanın təxribatlarını pisləyib

13.04.2016, 15:03

azpolitika.info Sarkisian-Army-Post ermeni esger sarkisyan serj cebheFransa Senatının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü, Silvi Qo-Şavan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin törətdikləri son təxribatlarla bağlı bəyanat verib.

Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, S. Qo-Şavan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini və dinc əhaliyə qarşı təxribatlar törətməsini qəti şəkildə pisləyib.

O, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafdakı 7 rayonu işğal etdiyini diqqətə çatdırıb. Senator Ermənistandan müntəzəm xarakter almış təxribatları dayandırmağı, bu ölkənin silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyi tələb edib.

S. Qo-Şavan qoşunların təmas xəttində Ermənistanın son təxribatlarından sonra Azərbaycanın yenə də sülhə üstünlük verdiyini və birtərəfli qaydada atəşi dayandırmaq haqqında qərar qəbul etdiyini alqışlayıb, Ermənistanı da atəşi dayandırmağa çağırıb. O, erməni silahlı qüvvələrinin işğal etdiyi və qadınlara, uşaqlara rəhm etmədən dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyi və əsl soyqırımı törətdiyi Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun dünyada sabitlik məkanı kimi tanınan, Fransanın iqtisadi tərəfdaşı və terrorizmə qarşı mühüm müttəfiqi olan Azərbaycanın əzəli torpaqları olduğunu bir daha vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol