Menu

Ukrayna Rusiya ilə sərhəddində səngər qazmağa başladı

17.03.2014, 18:16
Ukrayna Rusiya ilə sərhəddində səngər qazmağa başladı

Ukraynanın Yüksək Radası müəyyən hissəvi səfərbərlik haqqında prezident fərmanını təsdiq edən qanunu qəbul edib. Batkevşina fraksiyasının sədri Sergey Sobolev Yüksək Radada keçirilən brifinqdə hərbi səfərbərliyin başlanmasına münasibət bildirərərək deyib:

“Qanunda etdiyimiz dəyişikliyə dayanaraq ,səfərbərliyin həyata keçirilməsinə əsas aparıcı peşələrdən başlanacaq. Bu ilk növbədə orduda xidmətdə olmuş və yüksək texnoloji silahla rəftar etməyi bacaran mütəxəssislərə aid ediləcək.”

Bütün bunlar onu göstərir ki, Ukrayna ordusu tədricən qüvvə əldə etməyə hazırlaşır. Ukraynanın xarici işlər naziri Andrey Deşıça isə mətbuata bildirib ki, Ukrayna Krımdakı vəziyyətlə əlaqədar olaraq NATO-dan hərbi deyil, ancaq texniki yardım xahiş edir.

Bu arada Donetsk vilayətində Rusiya sərhəddi boyunca bir neçə yerdə 4 metrlik tranşey qazılmağa başlanılıb.Donets şəhər vilayətinin rəhbəri Sergey Taruta görülən tədbirləri sərhədlərin yaxşı qorunmaması ilə əlaqələndirərək deyib ki, bu hər hansı ağır texnikanın Ukrayna ərazisinə girməməsi üçün edilir.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol