Menu

Azərbaycan və İran prezidentləri görüşdü

14.04.2016, 18:43

Azerbaijan_Iran_flags_Album_090512İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, əvvəlcədən nəzərdə tutulmayan görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf yolları, Türkiyənin sədrliyi dövründə İƏT-nin daha dinamik və təsirli təşkilat kimi fəaliyyət göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mediaya qapalı keçirilən görüşdən sonra heç bir açıqlama verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol