Yaponiyanın Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ baş verib.Virtualaz.org «Reuters» agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.
Qeyd edək ki, Kumamoto şəhərində 740 min əhali yaşayır. Əyalətdə sunami təhlükəsi elan edilib.
Dünən Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 860 nəfər xəsarət alıb.


Şərhlər