Menu

Braziliya parlamenti prezidentin impiçmentini müzakirəyə çıxaracaq

17.04.2016, 09:02
Braziliya parlamenti prezidentin impiçmentini müzakirəyə çıxaracaq

Bu gün Braziliya parlamentinin aşağı palatası prezident Dilm Russeffin impiçmenti məsələsinə səs verəcək.

"Report" xəbər verir ki, səsvermənin açıq olacağı gözlənilir.

Qanunverici orqanın üzvləri növbə ilə mikrofona yaxınlaşaraq səs verdiklərini elan edəcəklər.

Bunun üçün onların hər birinə 10 saniyə vaxt ayrılacaq.

Qeyd edək ki, Braziliya prezidenti korrupsiyada ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol