Səudiyyə Ərəbistanının vəkil vəliəhd şahzadəsi Məhəmməd bin Salman, 25 Apreldə ölkəsinin neftdən sonrakı (post neft) dövrə hazırlıqlarına dair geniş bir plan açıqlayacaqlarını bildirib.
Dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanının taxtı üçün ikinci yerdə namizəd olan şahzadə, proqramın bir komponenti olan Milli Transformasiya Proqramının isə, planın açıqlanmasından bir ay və ya 45 gün sonra açıqlanacağını deyib.
Səudiyyə Ərəbistanın neft şirkəti "Saudi Aramco"nu, energetika və sənaye konqlemeratına çevirmək planının və eləcə də Dövlət İnvestisiya Fondunun da bu geniş planın bir hissəsi olacağını deyib. Şahzadə, planın müxtəlif iqtisadi, sosial və digər proqramları əhatə edəcəyini deyib.
Səudiyyə Ərəbistanı, neft qiymətlərinin kəskin düşməsindən sonra, ölkənin neftdən asılılığını azaldaraq iqtisadiyyatı yaxşılaşdırmağın yollarını axtarır. Şahzadə Məhəmməd ötən ay verdiyi müsahibəsində, planın 2020-ci ildə ölkənin qeri-neft gəlirini 100 milyard dollara çıxartmağı nəzərdə tutduğunu demişdi.
O həmçinin, Dövlət İnvestisiya Fondunu dünyanın ən böyük dövlət fonduna çevirəcəklərini açıqlamışdı. Yaradılacaq fondun "Aramco" aktivlərinin əlavə olunması ilə 2 trilyon dollar olması məqsədi güdülür.


Şərhlər