İran Ordu Günü paradı zamanı Rusiya istehsalı olan yeni hava hücumundan müdafiə sisteminin bir hissəsini göstərib. Yarı rəsmi İSNA xəbər agentliyinin yaydığı fotolarda Tehranın cənubunda keçirilmiş hərbi parad zamanı S-300 raket boruları və radiolokasiya avadanlığı nümayiş etdirilib.
İran sistemi özünü müdafiə məqsədilə aldığını iddia edir. ABŞ və İsrail bu satışa qarşıdır.
Image copyrightMEHR
Rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmağa razılıq verdikdən sonra iyul ayında 6 dünya gücü İran iqtisadiyyatını yıxmış sanksiyaları ləğv etmək qərarına gəlib.
Prezident Həsən Ruhani deyib ki, bu silahlar müsəlman ölkələrini "terrorizm və İsrail"dən müdafiə etmək üçündür, hərçənd ki, o əlavə edib ki, qonşu ölkələr bu silahlara görə özlərini təhlükədə hiss etməsinlər.
Image copyrightAFP
"Əgər sabah sizə qarşı terror və ya sionizm təhlükəsi olarsa, İran İslam Respublikası sizə müsbət cavab verəcək," - deyə prezident Ruhani bildirib.
Image copyrightMEHR
Prezident Vladimir Putin dondurulmuş müqaviləni bir il öncə bərpa edib.
Rostec tərəfindən hazırlanmış S-300, təyyarə və raketləri vurmaq üçün və ya çoxsaylı hədəflərə qarşı istifadə oluna bilər. Onun 2014-cü ildən Rusiya Silahlı Qüvvələrinə təhvil verilmiş S-300V4 versiyası isə orta mənzilli raketləri vura, səsdən 5 dəfə tez sürətlə uça bilir. Qurğunun spektrı - 400 km-dir, Rusiyanın TASS agentliyi bildirib.


Şərhlər