Menu

"Gələcəkdə bütün bankları biz ləğv edəcəyik"

18.04.2016, 10:52
"Gələcəkdə bütün bankları biz ləğv edəcəyik"

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilmiş «Texnikabank»ın ləğvedicisi təyin olunmasının səbəbi məlum olub. Bu barədə fins.az-a fondun icraçı direktoru Azad Cavadov məlumat verib. Onun sözlərinə görə, bu məsələ rəhbərlik etdiyi qurumun mandatının genişlənməsi ilə bağlıdır: «Artıq 2 bankın «Bank of Azerbaijan» və «Texnikabank»ın ləğv edilməsi bizə həvalə olunub. Bu siyahıya gələcəkdə lisenziyası ləğv ediləcək digər banklar da əlavə olunacaq. Yəni, tədricən bütün bankları biz ləğv edəcəyik».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol