Menu

Siqaret idxalı "qaçaqmalçılıq ilə" 61 milyon dollar azalıb

18.04.2016, 12:55
Siqaret idxalı "qaçaqmalçılıq ilə" 61 milyon dollar azalıb

Devalvasiyalardan sonra siqaretlərin qiymətləri kəskin qalxdı. Bununla əlaqədar olaraq, satışda yerli istehsal olan siqaretlərin sayı artdı. Həmçinin Dövlət Gömrük Komitəsi siqaretdə qaçaqmalçılığın dəfələrlə artdığını açıqlayıb. Komitə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin 1-cü rübündə, ötən ilin eyni dövrü ilə müqayisədə tütün və tütün məmulatlarının idxalı 72,3% və ya 60,8 milyon dollar azalıb.

2016-cı ilin Yanvar-Mart aylarında cəmi 23,3 milyon dollarlıq tütün və tütün məhsulları idxal olunub. 2015-ci ilin anoloji dövründə bu idxalın həcmi 84,12 milyon dollar idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol