ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Krımdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Ağ Evin mətbuat katibi Cey Karni məlumat verib.
“Prezident Obama kansler Merkellə Ukrayna haqda danışıb. Rusiyanın Krımdakı hərəkətlərinin beynəlxalq birlik tərəfindən qanunsuz sayılması üçün müttəfiq ölkələrin liderləri ilə əməkdaşlıq məsələləri haqda müzakirələr aparılıb”, - deyə Karni bildirib.


Şərhlər