Menu

“Ermənistan ordusu azı 8-10 km geri çəkilib”- “Azadlıq” radiosu

19.04.2016, 19:06
“Ermənistan ordusu azı 8-10 km geri çəkilib”- “Azadlıq” radiosu

“Azadlıq” radiosunun erməni redaksiyası qoşunların təmas xəttindəki vəziyyəti əks etdirən video yayınlayıb.

Mənbə qeyd edir ki, Azərbaycan ordusunun strateji yüksəklikləri tutmasından sonra Ermənistan ordusu azı 8-10 km geri çəkilib. Talış kəndini nəzarətdə saxlayan ordumuz erməniləri digər bir yüksəkliyə geri çəkilməyə vadar edib. Erməni əsgərlər hazırda kəndin yüksəkliklərində qərarlaşıblar.

Şəkillərin fonunda arxada yeni Azərbaycan mövqelərini görmək mümkündür. Bununla da atəş bölgəsində yaşayan əhalinin təhlükəsizliyi tam təmin edilib.

Xatırladaq ki, 2-5 aprel tarixlərində Azərbaycan strateji hündürlükləri işğaldan azad edib. Həmçinin, Lələtəpə, Fizuli və Cəbrayıl şəhərinin giriş hissəsindəki postlar geri qaytarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol