Şimali İraqdakı PKK hədəfləri 22 qırıcı təyyarə ilə vurulub.Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytında yer alıb.
Baş Qərargahdan verilən məlumata görə, İraqın şimalında yerləşən Qara bölgəsinə F-16 və F-4 qırıcı təyyarələri ilə hava əməliyyatları təşkil olunub. Təsbit edilən hədəflərin vurularaq, məhv edildiyi bildirilib.
Baş Qərargah həmçinin bölgələrdə gedən əməliyyatlarda terror qruplaşması olan PKK-nın 16 üzvünün zərərsizləşdirildiyini də qeyd edib.


Şərhlər