Menu

İlham Əliyev bayram tonqalını yandırdı

19.03.2014, 11:55
İlham Əliyev bayram tonqalını yandırdı

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Novruz bayramı ilə bağlı keçirilən tədbirdə iştirak edib. APA xəbər verir ki, Novruz şənliyi Qız qalasının qarşısındakı meydanda qeyd olunub. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə davam etdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol