Menu

Ekvadorda zəlzələ qurbanlarının sayı 507 nəfərə çatıb

20.04.2016, 09:14
Ekvadorda zəlzələ qurbanlarının sayı 507 nəfərə çatıb

Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 507 nəfərə çatıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Baş Prokurorluğunun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Boliviya, Kolumbiya və Venesuela daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər.

7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol