Menu

Elnur Aslanovun şöbəsi ləğv olundu- Əli Həsənovun şöbəsinə birləşdirilib

19.03.2014, 12:45
Elnur Aslanovun şöbəsi ləğv olundu- Əli Həsənovun şöbəsinə birləşdirilib

Elnur Aslanovun kurasiyasında olan internet resursları da artıq yeni şöbədən təlimatlandırılacaq

Elnur Aslanovun Prezident Administrasiyasında rəhbərlik etdiyi Siyasi təhlil və informasiya təminatı şöbəsi ləğv edilib.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, martın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Elnur Aslanovunun keçmiş rəhbəri olduğu şöbə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilib.

Qeyd edək ki, İctimai-siyasi məsələlər şöbəsinə Əli Həsənov rəhbərlik edir.

Əldə etdiyimiz digər bir məlumata görə isə Elnur Aslanovun kurasiyasında olan internet resursları da artıq yeni şöbədən təlimatlandırılacaq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol