Menu

Nəhəng aviaşirkət Türkiyəyə reysləri dayandırmağa məcbur oldu

20.04.2016, 22:41
Nəhəng aviaşirkət Türkiyəyə reysləri dayandırmağa məcbur oldu

ABŞ-ın “Delta Airlines” hava yolları şirkəti Nyu-York-İstanbul uçuşlarını dayandırıb. ANS PRESS-in məlumatına görə, şirkətin uçuşları dayandırmasına səbəb terror təhlükəsi ilə bağlı olduğu bildirilir.

Son zamanlar Türkiyədə baş verən terror hadisələri ilə əlaqədar ABŞ xarici işlər nazirinin Türkiyəyə səyahət edən şəxslərə xəbərdarlıqlarından sonra Nyu-York JFK aeroportu ilə İstanbul Atatürk arasında uçuşları dayandırılıb.

Delta Airlines”in internet səhifəsində yer alan açıqlamaya görə, səfərlər 2016-cı ilin may ayına qədər müvəqqəti olaraq dayandırılıb.

Digər tərəfən İspaniyanın İberia Havayolları Şirkəti də İstanbul səfərlərini bilet sifarişlərinin azlığı səbəbindən 7 maydan etibarən dayandırmağa qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol