Menu

Türkiyənin bu vilayəti PKK-dan təmizləndi

20.04.2016, 23:17
Türkiyənin bu vilayəti PKK-dan təmizləndi

Türkiyənin Hakkari vilayətinin Yüksəkova mahalında 13 martdan etibarən PKK terrorçularına qarşı başladılan əməliyyatların ilkin mərhələsi bu gün sona çatıb.

Axar.az xəbər verir ki, məlumatı Türkiyənin Baş Qərargahı yayıb.

Məlumata görə, 38 gün davam edən əməliyyatlar nəticəsində ümumilikdə 198 terrorçu zərərsizləşdirilib.

Yaxın zamanda Yüksəkova mahalında komendant saatının ləğv ediləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol