Menu

İstanbulda terror hadisəsinin qarşısı alınıb

21.04.2016, 10:05
İstanbulda terror hadisəsinin qarşısı alınıb

İstanbulda terror hadisəsinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

Polisə İstanbul tunellərindən birində atılmış motosikl olması barədə məlumat daxil olub. Həmin yerə dərhal polis qüvvələri və minazərərsizləşdirən heyət cəlb olunub.

Əməliyyat nəticəsində motosikldə əldə düzəltmə partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol