Menu

Xəzər dənizində ardıcıl üçüncü dəfə zəlzələ olub

21.04.2016, 11:52
Xəzər dənizində ardıcıl üçüncü dəfə zəlzələ olub

Xəzər dənizində daha bir zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, aprelin 20-də yerli vaxtla saat 19:00-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 46 km olub.

Qeyd edək ki, aprelin 19-da 02:46 və aprelin 20-də saat 00:22-də də zəlzələ olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol