Menu

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

21.04.2016, 16:44
Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 228.2-ci və Mülki-Prosessual Məcəllənin 53-cü, 149.2.3-cü və 218.3-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 6-na təyin edilmiş iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol