Menu

ABŞ dolları üzərində qadın portreti olacaq

21.04.2016, 21:14

dollar-rate-today-1AzPolitika.info xaici KİV-ə istinadla xəbər verir ki, son 100 ildə ilk dəfə olaraq, ABŞ milli valyutası olan dollar əskinasları üzərində qadın portreti əks olunacaq. Bunu ABŞ-ın maliyyə naziri Ceykob Lyü bəyan edib (Exo Moskvı).

20 dollarlıq banknotların üzərində Harriyet Tabmenin portreti əks olunacaq. O, 19 əsrdə quldarlıqla mübarizə aparıb.

10 dollarlıq əskinaslarda da dəyişiklik olacaq. Bu banktotların arxa tərəfində əvvəllər seçki hüququ uğrunda mübarizə aparmış 5 qadının portreti əks olunacaq.

Yeni banknotların kəsilməsinə (istehsalına) 2020-ci ildə başlanacağı gözlənilir. Həmin il ABŞ Konstitusiyaya 19-cu əlavənin 100 illik yubileyi qeyd olunacaq. Məhz Konstitusiyaya edilmiş həmin əlavə ölkədə qadınların səsvermə hüququnu təmin edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol