Menu

Zəlzələ qurbanlarının sayı 587 nəfərə çatdı

22.04.2016, 08:56
Zəlzələ qurbanlarının sayı 587 nəfərə çatdı

Ekvadorun Baş Prokurorluğu aprelin 16-da ölkədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının 587 nəfərə çatdığını bəyan edib.

“Report” xəbər verir ki, daha çox insan itkisi Manta şəhərində qeydə alınıb - 174 nəfər.

Bundan əlavə Pedernales şəhərində 172, Portovyexoda isə 116 nəfərin meyiti tapılıb.

Eyni zamanda, son məlumatlara görə, ölənlərdən 20 nəfəri xarici ölkələrin, o cümlədən Kolumbiya, Kuba, Dominikan Respublikası, Böyük Britaniya, İrlandiya, Kanada, İtaliya və Almaniya vətəndaşlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol