Menu

Aİ yeni sərhəd xidməti yaradır

22.04.2016, 09:23
Aİ yeni sərhəd xidməti yaradır

Avropa İttifaqı Şurası yeni sərhəd və sahil mühafizə xidmətinin yaradılması qərarını təsdiqləyib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos bildirib.

“Bu gün biz Avropa Sərhəd və Sahil Mühafizə Agentliyinin yaradılmasına dair razılıq əldə edə bilmişik”, - deyə avrokomissar bildirib.

Yeni sərhəd xidmətinin yaradılmasına dair qərar Aİ-yə üzv olan 28 dövlətin DİN rəhbərlərinin konfransı zamanı qəbul edilib.

Bu arada Avropa Komissiyasının büdcə və qaçqın problemləri üzrə vitse-prezident Kristalina Georgiyeva Avropada qaçqın probleminin həlli üçün əlavə 15 mlrd dollar lazım olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol