Menu

Daha bir qadın intihar etdi

22.04.2016, 09:41
Daha bir qadın intihar etdi

Bakıda 39 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki “Südçülük Sovxozu” adlandırılan ərazidə qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, 1977-ci təvəllüdlü Umudova Kəmalə yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.

Qadının intihar etməsinin səbəbi hələlik məluk deyil, polis bu istiqamətdə araşdırmalarını davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol