Menu

İlqar Məmmədovla bağlı qərar gələn həftə elan olunacaq

22.04.2016, 16:23
İlqar Məmmədovla bağlı qərar gələn həftə elan olunacaq

Aprelin 22-i Şəki Apellyasiya Məhkəməsi REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxıb.

Ancaq məhkəmə prosesi başa çatsa da qərarın elan olunması gələn həftəyə saxlanıb. Bu barədə vəkil Cavad Cavadov öz facebook səhifəsində yazıb.

Vəkilləri İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məhkəmə qərarlarının ləğv edilməsini, onlara bəraət verilməsini istəyirdilər.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7 Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.

İ.Məmmədov və T.Yaqublu ittiham olunmalarını uydurma və siyasi motivli sayırlar.

«Amnesty International» onların hər ikisini vicdan məhbusu elan etmişdi.

Tofiq Yaqublu prezidentin son əfv fərmanı ilə azadlığa çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol