Menu

Suriya təyyarəsi qəzaya düşdü

22.04.2016, 19:55
Suriya təyyarəsi qəzaya düşdü

Suriya təyyarəsi Dəməşq ətrafında qəzaya düşüb.

Pilotun taleyi və qəzanın səbəbi hələ ki, bəlli deyil.

Qəza Dəməşqin cənub-qərbində baş verib.

Məlumatlara görə təyyarə “İslam Dövləti” qrupunun nəzarətində olan ərazidə uçurmuş.

“İslam Dövləti Qrupu” yaraqlıları bundan əvvəl Suriya təyyarəsini vurduqlarını bəyan etmişdilər.

Amma bu məlumat hələ ki, müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İsrail mətbuatı isə aprelin 22-də Suriyadakı Rusiya təyyarələrinin İsrailin hərbi təyyarələrinə 2 dəfə atəş açdıqlarını yazır.

Amma bunun harda və nə vaxt baş verməsi, nə ilə nəticələnməsi barədə məlumat verilmir.

Kremlin sözçüsü Dimitry Peskov məlumatı rədd edib.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol