Menu

Bəzi pensiyaçılara kredit veriləcək

23.04.2016, 09:25
Bəzi pensiyaçılara kredit veriləcək

Azərbaycan bankları pensiyaçılara kreditlərin verilməsin dayandırsa da, bəzi pensiyaçılar kredit ala biləcəklər.

Bu barədə bank dairələrindən bildirilib. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara, pensiyaçılara kreditlərin verilməməsi tövsiyə olunub. Bu addımın səbəbi olaraq kreditlərin pensiyaçıların sosial vəziyyətinə təsiri göstərilir.

İndi isə kreditlərin dayandırılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bank dairələrindən verilən məlumata görə, son bir il ərzində ölkədə müəyyən sayda iş yerləri bağlandığına və ixtisar ehtimalları olduğundan banklar son 1 ildə daha etibarlı müştəri kateqoriyası kimi təqaüdçülərə üstünlük vermişdilər. Bunun səbəbi pensiyaçıların gəlirlərinin abit olması idi. Nəticədə pensiyaçıların kreditlərlə yüklənməsi artıb.

Amma tövsiyyəyə əsasən, bu qayda heç də bütün pensiyaçılara aid olmayacaq: «Əgər şəxsin gəliri yalnız təqaüddən ibarətdirsə ona kredit ayrıla bilməz. Təqaüdçünün pensiyadan başqa, rəsmi iş yeri olduqda isə oradan aldığı arayış əsasında ona kredit ayrıla bilər və bu zaman təqaüd gəlirləri də nəzərə alınır». /Fins.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol